İspaniyada koronavirus vaksininin kliniki sınaqları başladı

 

İspaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb. 


Şəffaflıq.az bildirir ki, Santander şəhərində xəstəxanaların birində “Johnson & Johnson” şirkətinin hazırladığı vaksin sınaqdan keçirilir.

Sabahdan etibarən isə sınaqlar paytaxt Madriddə başlayacaq. Sınaqlarda iki yaş qrupuna bölünmüş (18-55 və 65 yaşdan yuxarı) 190 könüllü iştirak edəcək.

Sınaqların ilk iki mərhələsinin 6 ayadək müddət ərzində keçirilməsi planlaşdırılır.

İspaniyadan başqa həmin vaksin Belçika və Almaniyada da sınaqdan keçiriləcək. Bu prosesdə ümumilikdə 550 könüllü iştirak edəcək.
шаблоны для dle 11.2


Facebook-da paylaş