DSX-nin Xüsusi Məktəbinə keçirilən imtahanın nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına və Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün bu gün – avqustun 27-də keçirilən imtahanların nəticələrini elan edib.
Mərkəzdən "Report"a bildirilib ki, imtahanda iştirak edənlər aşağıdakı linklər vasitəsilə imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər:
Feldşer ixtisasına qəbul imtahanının nəticələri;
DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri.
İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Feldşer ixtisasına qəbul imtahanında iştirakı nəzərdə tutulan 66 nəfərdən 3 nəfər, DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında isə iştirakı nəzərdə tutulan 1150 nəfərdən 61 nəfər imtahana gəlməyib.
Qeyd edək ki, bu gün keçirilən digər 2 imtahan – Azərbaycan dili (dövlət dili kimi) və Sabah qruplarına qəbul imtahanlarının nəticələri də yaxın 2 gün ərzində elan olunacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}