“Bəzi jurnalistlər ailələrin dağılmasına səbəb olur” - Ombudsman
Şəffaflıq.az report-a istinadən xəbər verir ki, bu fikirlər Ombudsman Elmira Süleymanovanın 2018-ci il üzrə illik məruzəsində qeyd olunub.
Sənəddə bildirilib ki, mətbuatda, xüsusilə də elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə zorakılığı nümayiş etdirən, xüsusilə uşaqlar və qadınlar barədə “görüntülü”, bir çox hallarda saxta məlumatlardan istifadə edilməsi yolverilməzdir: “Bu məlumatlar ictimai qınaqlara səbbə olsa da, zorakılığın təbliğinə də yol açır. Belə məlumatların oxucu cəlb etmək məqsədilə elektron informasiya resursları tərəfindən yayımlanması, habelə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilməsi, insanların şərəf və ləyaqətinin alçaldılmasına, şəxsi və ailə həyatına müdaxiləyə, ailələrin dağılmasına, cinayətlə nəticələnən məişət zorakılığına, insanların hüquq və azadlıqlarının pozulmasına səbəb olur”.
Məruzədə vurğulanıb ki, fikir və söz azadlığı digər şəxslərin hüquqlarına hörmət ruhunda həyata keçirilməlidir: “Hər bir şəxs, o cümlədən jurnalistlər kütləvi informasiya vasitələrində öz fikir və düşüncələrini ifadə edərkən və ya hansı məlumatı yayarkən mətbuat azadlığı ilə yanaşı, insanların şərəf və ləyaqət hüququna, işgüzar nüfuzuna hörmətlə yanaşmalı, baş verən istənilən hadisəni obyektiv təhlil etməli, əldə etdiyi informasiyanı qərəzsiz və düzgün təqdim etməlidirlər.
Mətbuat-vətəndaş münasibətlərində ortaya çıxan problemlər bir daha göstərir ki, peşəkarlığın və məsuliyyət hissinin artırılması, jurnalist etikasına riayət edilməsi yönümündə aparılması zəruri olan tədbirlər mövcud çatışmazlıqların aradan qaldırılmasında mühüm vasitədir. Bu baxımdan, əlaqədar dövlət qurumlarının və vətəndaş cəmiyyəti təsisatlarının jurnalistlərin peşəkarlığının arıtırılmasına istiqamətlənən treninq və seminarlara cəlb edilməsi üzrə tədbirlərin genişləndirilməsinə ehtiyac var”.
PS. Bizdə Şəffaflıq.az olaraq Elmira Xanım Süleymanovanın məruzəsinə hörmətlə yanaşırıq. Bu mövzu gündəmdə olmalıdır.
Son vaxtlar etikadan kənar milli mənəvi dəyərlərimizə zidd olan video görüntülər daha da geniş yayımlanmaqda davam etdirilməkdədik. Bu tək jurnalistlərə deyil, bütün sosial şəbəkə istifadəçilərinə aiddir.
Facebook-da paylaş