“ABŞ-ı ikinci Venesuelaya çevirəcəklər” - Tramp
ABŞ Prezidenti Donald Tramp Demokrat namizəd Co Baydenin prezident seçkilərində qalib gələcəyi təqdirdə Amerikanın “ikinci Venesuela”ya çevriləcəyini bildirib.
Şəffaflıq.az xəbər verir ki, Tramp bu barədə Viskonsin ştatında çıxış edərkən bildirib: “Bu, keçirdiyimiz ən təhlükəli seçkidir. Çünki Demokratlar gəlsələr, geri dönüşümüz olmayacaq. İkinci Venesuelaya çevriləcəyik. Daha əvvəl belə olacağını güman edirdim, indi isə əminəm”.
Qeyd edək ki, bu ilin noyabrında ABŞ-da prezident seçkiləri keçiriləcək. Qarşıdakı qurultaylarda hər iki partiyadan olan namizədlərin rəsmi olaraq adları açıqlanacaq. Bununla belə indidən Respublikaçılardan Donald Trampın, Demokratlardan isə Co Baydenin namizəd olacağı artıq məlumdur.
Facebook-da paylaş