Şamaxıda 36 obyekt sahibinə son xəbərdarlıq edilib - 5-i cərimələnib

 

Şamaxı rayonunda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər davam etdirilir.

Şəffaflıq.az xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyəti, rayonun hüquq mühafisə orqanları, Gigiyena və Epidemiologiya Mərkəzi, Qida Təhlükəsizliyi Agentliyi və Şamaxı bələdiyyəsinin birgə həyata keçirdiyi reydlər zamanı Şamaxı şəhəri ərazisində 45 ictimai iaşə obyekti, 37 ərzaq satışı mağazası olmaqla, ümumilikdə, 87 müəssisənin fəaliyyətinə nəzarət olunub, işini qaydalara uyğun qurmayan 36 obyektin sahibinə ciddi və son xəbərdarlıq edilib, 5 obyektdə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Bildirilib ki, belə reydlər mütəmadi olaraq keçiriləcək, metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Qeyd edək ki, bu reydlər Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən görülən təxirəsalınmaz tədbirlər çərçivəsində həyata keçirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}