Bakı şəhər Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən ALPMAN taekvondo klubunun rəsmi açılış Olub._FOTO

 Bakı şəhər Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən ALPMAN taekvondo klubunun rəsmi açılış mərasimi baş tutmuşdur.
Şəffaflıq.az xəbər verir ki. Azərbaycan Taekvondo Federasiyanın vitse prezidenti, MDB ölkələri arasında taekvondo üzrə ilk azərbaycanlı dünya çempionu ( 2001 ) , GÖMRÜKÇÜ İSM-nin kadrlar şöbəsinin baş inspektoru Niyaməddin Paşayev , Azərbaycan Taekvondo Federasiyasının gənclərdən ibarət yığma komandasının baş məşqçisi Məmməd Abdullayev, eləcə də taekvondo klublarından baş məşqçi-müəllimlər - " Fərasət " taekvondo klubunun baş məşqçisi Vüqar Məcidov, "Asiman" taekvondo klubunun baş məşqçisi Elnur Əhmədov, " Abşeron OİK " taekvondo klubunun baş məşqçisi Rauf Rəhimov, "Lokomotiv" İSM-nin taekvondo üzrə baş məşqçisi Babək Verdiyev ALPMAN taekvondo komandasının açılış mərasimində iştirak etmişlər. Açılış ilk olaraq Niyaməddin Paşayevin qapıda lent kəsməsi ilə başlamışdır. Federasiya heyəti komanda ilə salamlaşmış, öz ürək sözlərini bildirmiş, kluba uğurlar diləmişdir. Tədbir Azərbaycan respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamış və qonaqların, ALPMAN taekvondo klubunun direktoru Nadirov Zahidin, qəsəbə sakinlərinin, idmançıların valideynlərinin çıxışları ilə davam etmişdir. Sonra isə vitse prezident Niyaməddin Paşayev ALPMAN taekvondo klubunun Azərbaycan Taekvondo Federasiyası tərəfindən təsdiqlənmiş əsasnaməsini ALPMAN taekvondo klubunun baş məşqçisi Zahid Nadirova təqdim etmişdir. İdmançıların hazırladıqları səhnəciklər də tədbir iştirakçılarının marağına səbəb olmuşdur. Sonda isə ALPMAN taekvondo klubu adından Azərbaycan Taekvondo Federasiyasına klubun loqosu əks etdirilmiş " suvenir " hədiyyə təqdim edilmiş və bütün iştirakçılarla xatirə şəkilləri çəkilmişdir.







 
Alxas Məmmədov.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}