“Bakı Metropoliteni” sərnişinlərə xəbərdarlıq edib

 

“Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edib.

Bakı Metropolitenindən verilən məlumata görə, ötən gün metropoliten ərazisində 167 nəfərə rəsmi xəbərdarlıq edilib.

Qayda pozuntusuna təkrar yol verəcəkləri təqdirdə İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyətə cəlb olunacaqları onlara bildirilib.

“Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə bir daha çatdırır ki, Operativ Qərargahın müvafiq metodiki göstərişinə, o cümlədən tibbi maskanın taxılması barədə qaydaya əməl edilməlidir. Əks təqdirdə qaydanı pozan sərnişinlər inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar/

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}