Ucarda yeniyetmə qız qaçırılıb

 Ucar rayonunda 16 yaşlı qız 30 yaşlı kişi tərəfindən qaçırılıb.
Şəffaflıq.az Oxu.Az-ın məlumatına görə,bildirir ki, bunu qızın nənəsi iddia edib:
“Nəvəm ona əmi deyir və onu istəmir. İstəyirəm, nəvəm təhsil alsın. Bizə ev və maşın təklif edirlər ki, şikayətimizi geri götürək”.
Qızı qaçıran şəxs isə onu öz istəyi ilə qaçırdığını iddia edib:
“Nənəsi onu öz qohumuna ərə vermək istəyirdi. Qız razılaşdı və mən onu qaçırdım. Bizi ancaq Allah ayıra bilər”.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Oxu.Az-a açıqlamasında bildirib ki, Ucarda qaçırılan 16 yaşlı qızın nənəsi hüquq-mühafizə orqanlarına müraciət edib.
“Biz uşağın mənafeyi baxımından hazırda Ucardayıq və rəsmi şəkildə nənəsi nəvəsinin zorla qaçırılması barədə polisə müraciət edir”, - deyə K.Ağazadə bildirib.
İlhamə Əbülfət

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}