İsmayıllıda iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var
İsmayıllıda iki minik avtomobili toqquşub. Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Uştal kəndinin ərazisində qeydə alınıb. 1982-ci il təvəllüdlü Mahmudov İsmayıl Rafiq oğlunun idarə etdiyi "Ford" markalı avtomobillə 1969-cu il təvəllüdlü Nağıyev Elxan Hüseyn oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2106" markalı avtomobildə sərnişin qismində olan Salmanova Yeganə Hüseyn qızı hadisə yerində ölüb. Sürücü Nağıyev Elxan Hüseyn oğlu, sərnişinlər - Salmanov İlham Gülalı oğlu və Salmanov Şahmalı Qoşnalı oğlu müxtəlif bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.
Xəbəri paylaş
Facebook-da paylaş








