Niderlandın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
Niderlandın Tehrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirir. Şəffaflıq.az xəbər verir ki, bunu Niderland Krallığının Azərbaycandakı səfiri Marian de Yonq brifiqində bildirib. "Onlar (Tehrandakı səfirliyin diplomatları - red.) hələ də Bakıdakı səfirliyimizdədir, buna görə də biz onların təxliyəsinin təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etmək istəyirik", - səfir qeyd edib.
Xəbəri paylaş
Facebook-da paylaş








