Son iki saatda daha 21 nəfərin İrandan Azərbaycana təxliyəsi baş tutub


İrandan martın 4-də saat 10:00-12:00 aralığında daha 21 nəfər Azərbaycana təxliyə edilib.

Şəffaflıq.az xəbər verir ki, "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən ölkə ərazisinə keçən şəxslərin 5-i Azərbaycan, digərləri isə Çin, Pakistan, Fransa və Tacikistan vətəndaşlarıdır.

Qeyd edək ki, bununla İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan bu gün saat 12:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1182 nəfərə çatıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}