Əsas Səhifə > SİYASƏT > Son iki saatda daha 21 nəfərin İrandan Azərbaycana təxliyəsi baş tutub
Son iki saatda daha 21 nəfərin İrandan Azərbaycana təxliyəsi baş tutub4-03-2026, 12:35 |
|
İrandan martın 4-də saat 10:00-12:00 aralığında daha 21 nəfər Azərbaycana təxliyə edilib. Şəffaflıq.az xəbər verir ki, "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən ölkə ərazisinə keçən şəxslərin 5-i Azərbaycan, digərləri isə Çin, Pakistan, Fransa və Tacikistan vətəndaşlarıdır. Qeyd edək ki, bununla İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan bu gün saat 12:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1182 nəfərə çatıb. Geri qayıt |