İsraildə son sutkada İran hücumlarından zərər çəkən 289 nəfər xəstəxanalara çatdırılıb
Son 24 saat ərzində İranın zərbələri nəticəsində zərər çəkmiş 289 nəfər İsraildəki xəstəxanalara çatdırılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri İsrailin Səhiyyə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb . Onlardan 19 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Qeyd olunub ki, fevralın 28-i döyüş əməliyyatlarının başlanmasından bu yana xəstəxanalara ümumilikdə 1 050 nəfər köçürülüb. Onlardan 120 nəfər hələ də xəstəxanalarda və ya təcili yardım şöbələrində qalır, qalanlarına isə tibbi yardım göstərilib və evə buraxılıblar.
Xəbəri paylaş
Facebook-da paylaş








