Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İsraildə son sutkada İran hücumlarından zərər çəkən 289 nəfər xəstəxanalara çatdırılıb

İsraildə son sutkada İran hücumlarından zərər çəkən 289 nəfər xəstəxanalara çatdırılıb


3-03-2026, 12:55


Son 24 saat ərzində İranın zərbələri nəticəsində zərər çəkmiş 289 nəfər İsraildəki xəstəxanalara çatdırılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri İsrailin Səhiyyə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb .

Onlardan 19 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Qeyd olunub ki, fevralın 28-i döyüş əməliyyatlarının başlanmasından bu yana xəstəxanalara ümumilikdə 1 050 nəfər köçürülüb. Onlardan 120 nəfər hələ də xəstəxanalarda və ya təcili yardım şöbələrində qalır, qalanlarına isə tibbi yardım göstərilib və evə buraxılıblar.


Geri qayıt