Boliviyada təyyarə qəzasında ölənlərin sayı 24-ə yüksəlib


Boliviya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin El-Alto şəhərində avtomobillərlə toqquşması nəticəsində azı 24 nəfər həlak olub.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə "ED24" telekanalının efirində yerli polisin rəisi Eriberto Valensiya bildirib.

"Həlak olan 22 nəfər barədə məlumat var idi, lakin hazırda 24 nəfərin öldüyü məlumdur", - deyə o qeyd edib.

Boliviyanın səhiyyə naziri Marsela Flores isə, öz növbəsində, bildirib ki, yaralananlardan iki nəfərin vəziyyəti kritikdir. Ümumilikdə, daha əvvəl 37 yaralı barədə məlumat verilmişdi.

Fevralın 27-də "C-130 Hercules" tipli təyyarə El-Alto hava limanına eniş edərkən uçuş zolağından kənara çıxaraq avtomobillərlə toqquşub. Faciənin mümkün səbəbləri arasında uçuş-eniş zolağının buz bağlaması göstərilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}