Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Boliviyada təyyarə qəzasında ölənlərin sayı 24-ə yüksəlib
Boliviyada təyyarə qəzasında ölənlərin sayı 24-ə yüksəlib3-03-2026, 09:54 |
|
Boliviya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin El-Alto şəhərində avtomobillərlə toqquşması nəticəsində azı 24 nəfər həlak olub. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə "ED24" telekanalının efirində yerli polisin rəisi Eriberto Valensiya bildirib. "Həlak olan 22 nəfər barədə məlumat var idi, lakin hazırda 24 nəfərin öldüyü məlumdur", - deyə o qeyd edib. Boliviyanın səhiyyə naziri Marsela Flores isə, öz növbəsində, bildirib ki, yaralananlardan iki nəfərin vəziyyəti kritikdir. Ümumilikdə, daha əvvəl 37 yaralı barədə məlumat verilmişdi. Fevralın 27-də "C-130 Hercules" tipli təyyarə El-Alto hava limanına eniş edərkən uçuş zolağından kənara çıxaraq avtomobillərlə toqquşub. Faciənin mümkün səbəbləri arasında uçuş-eniş zolağının buz bağlaması göstərilir. Geri qayıt |