Naxçıvanda da tədris prosesi dayandırıldı
2020-ci ilin mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırılıb.
Bu barədə "Report"a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək.
Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq.
Qeyd edək ki, bu gün ümumtəhsil və peşə məktəblərində tədris qrafika uyğun davam edib.
Həmçinin bu qərar uşaq bağçalarına da aiddir.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş