Ağstafada avtomobil aşıb, beş nəfər xəsarət alıb


Ağstafa rayonunda avtomobilin aşması nəticəsində beş nəfər xəsarət alıb.

Şəffaflıq.az-ın məlumatına görə, Ağstafa rayonunun Poylu kəndi ərazisində idarəetmədən çıxan "Ford" markalı avtomobil yol kənarına aşıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1988-ci il təvəllüdlü Ə.Məmmədova, 1984-cü il təvəllüdlü G.Qarayeva, 1983-cü il təvəllüdlü N.Muğalova, 1988-ci il təvəllüdlü L.Cəlilova və 1984-cü il təvəllüdlü R.Əliyev xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}