Əsas Səhifə > Hadisə > Ağstafada avtomobil aşıb, beş nəfər xəsarət alıb
Ağstafada avtomobil aşıb, beş nəfər xəsarət alıbBu gün, 09:46 |
|
Ağstafa rayonunda avtomobilin aşması nəticəsində beş nəfər xəsarət alıb. Şəffaflıq.az-ın məlumatına görə, Ağstafa rayonunun Poylu kəndi ərazisində idarəetmədən çıxan "Ford" markalı avtomobil yol kənarına aşıb. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1988-ci il təvəllüdlü Ə.Məmmədova, 1984-cü il təvəllüdlü G.Qarayeva, 1983-cü il təvəllüdlü N.Muğalova, 1988-ci il təvəllüdlü L.Cəlilova və 1984-cü il təvəllüdlü R.Əliyev xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |