Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
Mədəniyyət naziri Adil Kərimli noyabrın 28-də saat 10:00-da Ağdamda vətəndaşları qəbul edəcək. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Laçın rayonlarından olan vətəndaşların qəbulu Heydər Əliyev Mərkəzində (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) keçiriləcək. Vətəndaşlar noyabrın 24-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








