Əsas Səhifə > SİYASƏT > Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək


Dünən, 11:48


Mədəniyyət naziri Adil Kərimli noyabrın 28-də saat 10:00-da Ağdamda vətəndaşları qəbul edəcək.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Laçın rayonlarından olan vətəndaşların qəbulu Heydər Əliyev Mərkəzində (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) keçiriləcək.

Vətəndaşlar noyabrın 24-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Şəffaflıq.az


Geri qayıt