MSK-dan məktubların gecikdirilməsi ilə bağlı açıqlama
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da namizədlər tərəfindən poçt vasitəsilə edilən müraciətlərin qəsdən gecikdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
MSK-nın bu gün keçirilən iclasında çıxış edən qurum sədri bildirib ki, belə məlumatların heç bir əsası yoxdur. O qeyd edib ki, MSK müraciətlərə baxan zaman müraciətin poçta verildiyi tarixi əsas götürür:
“Ona görə də yayılan iddianın heç bir əsası yoxdur. Kimlərsə bunu hansısa məqsədlər üçün edir”.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş