Əsas Səhifə > Gündəm > MSK-dan məktubların gecikdirilməsi ilə bağlı açıqlama
MSK-dan məktubların gecikdirilməsi ilə bağlı açıqlama19-02-2020, 22:37 |
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da namizədlər tərəfindən poçt vasitəsilə edilən müraciətlərin qəsdən gecikdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. MSK-nın bu gün keçirilən iclasında çıxış edən qurum sədri bildirib ki, belə məlumatların heç bir əsası yoxdur. O qeyd edib ki, MSK müraciətlərə baxan zaman müraciətin poçta verildiyi tarixi əsas götürür: “Ona görə də yayılan iddianın heç bir əsası yoxdur. Kimlərsə bunu hansısa məqsədlər üçün edir”. Şəffaflıq.az Geri qayıt |