Yevlaxda zəncirvari avtomobil qəzası olub, ölən və xəsarət alanlar var
Yevlax rayonunda zəncirvari avtomobil qəzası olub, ölən və xəsarət alanlar var. Şəffaflıq.az-ın məlumatına görə, rayon ərazisində üç avtomobilin toqquşması nəticəsində bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir) aldığı xəsarətdən ölüb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1956-cı il təvəllüdlü X.Xəlilov və 2004-cü il təvəllüdlü İ.Cəfərova xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
