Əsas Səhifə > Hadisə > Yevlaxda zəncirvari avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Yevlaxda zəncirvari avtomobil qəzası olub, ölən və xəsarət alanlar var


8-08-2025, 16:48


Yevlax rayonunda zəncirvari avtomobil qəzası olub, ölən və xəsarət alanlar var.

Şəffaflıq.az-ın məlumatına görə, rayon ərazisində üç avtomobilin toqquşması nəticəsində bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir) aldığı xəsarətdən ölüb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1956-cı il təvəllüdlü X.Xəlilov və 2004-cü il təvəllüdlü İ.Cəfərova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt