Qarabağ Qaziləri Nizami sakinlərinə müraciət etdi - “Seçimimiz Vüqar Məmmədovdur: Ondan başqası varmı?!”
(Savaş əlilləri, veteranları, şəhid ailələrindən 25 saylı Nizami II seçki dairəsindən deputatlığa namizəd Vüqar Məmmədova dəstək)
9 fevral 2020 -ci il Milli Məclisə növbədənkənar seçki gününə on gündən bir az çox vaxt qalır. 25 saylı Nizami II seçki dairəsindən deputatlığa namizədlərin sayı da elə ona yaxındır. Bu namizədlər arasında ən çox diqqəti çəkən isə Azərbaycan Demokrat Partiyasının namizədi Vüqar Məmmədovdur . Seçicilər nə on il deputat mandatının altında gizlənən keçmiş deputatı tanıyır, nə də ona qoşulan yedək “trol” dəstəsini. Heç “trol” dəstəsindən qıraqda “real təsadüfə” ümid bağlayanlar da gözə dəymir. Ortalıqda bircə, vurğuladığımız kimi, YALQUZAQ kimi VƏTƏN , YURD, EL, MİLLƏT haraylayan, DEMOKRATİYAnı, QANUNUN ALİLİYİNİ bayraq edən Vüqar Məmmədovun səsi ucalır. Bizim başqa seçimimiz varmı? Seçimimiz VÜQARımızdır! Heç başqaları olsaydı belə, dünənin əliyaraqlı döyüş yoldaşımızı, şəhid ailəsinin üzvünü, bugünün əliqələmli döyüşçüsünə səs verməyib də, kimə səs verməliyik? Vüqar Məmmədovun bizə vəkillik etməsi bu günün işi deyil. 25 ildən çoxdur çiynini çiynimizə dayaq edib, 20 ildən çoxdur əlində qələm haqlarımızın keşiyindədir. İndi bu keşikçiliyi, qarovul xidmətini Milli Məclisin tribunasından daha gur səslə, daha güvənlə və inamla davam etdirmək niyyətindədir. Bu yolda ona dəstək olmaq bizim borcumuz və haqqımızdır. Açılmayan məmur qapılarını Vüqar Məmmədov mandatı ilə açacaq.
SƏSİMİZİN, SƏSİNİZİN MİLLİ MƏCLİSDƏN GƏLMƏSİNİ İSTƏYƏNLƏR , VÜQAR TOFİQ OĞLU MƏMMƏDOVA SƏS VERƏK!
QARABAĞ QAZİLƏRİ
Məğrur Bədəlsoy , Xaliq Abbaszadə, Müşfiq İsmayılov, Güloğlan Süleymanov, Faiq Bəxtiyarov, Tofiq Adışirinli və başqaları.
Şəffaflıq.az
Facebook-da paylaş