Qusarda itkin düşən 84 yaşlı kişinin meyiti tapılıb
Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub. Şəffaflıq.az-ın məlumatına görə, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 yaşlı Qusar sakini Arif Uluxanovun meyiti tapılıb. Onun meyiti yaşadığı Qusar şəhərindəki evin su arxında aşkar edilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
