Əsas Səhifə > Hadisə > Qusarda itkin düşən 84 yaşlı kişinin meyiti tapılıb

Qusarda itkin düşən 84 yaşlı kişinin meyiti tapılıb


30-04-2025, 10:40


Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub.

Şəffaflıq.az-ın məlumatına görə, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 yaşlı Qusar sakini Arif Uluxanovun meyiti tapılıb.

Onun meyiti yaşadığı Qusar şəhərindəki evin su arxında aşkar edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Geri qayıt