Məhkəmə Azər Qasımlı barəsində qərar verib


Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə qərar Yasamal Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri iki ay müddətinə uzadılıb.

Qeyd edək ki, A.Qasımlı ötən il dekabrın 8-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}