Əsas Səhifə > Hadisə > Məhkəmə Azər Qasımlı barəsində qərar verib
Məhkəmə Azər Qasımlı barəsində qərar verib3-04-2025, 12:21 |
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan həbs qətimkan tədbiri uzadılıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə qərar Yasamal Rayon Məhkəməsində verilib. Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri iki ay müddətinə uzadılıb. Qeyd edək ki, A.Qasımlı ötən il dekabrın 8-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir. Geri qayıt |