Analar doğuşdan dərhal sonra 13 min pul alacaq

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə göndərdiyi mesajda ilk uşağın doğulduğu anda analıq pulunun ödənilməli olduğunu bildirib.
Modern.az xəbər verir ki, o, proqramın beş il - 31 dekabr 2026-cı ilə qədər uzadılacağını vurğulayıb.
İndeksləşdirmə anından etibarən ödənişlərin dəyəri 466 617 rubl (12 923 AZN) təşkil edəcək. Bu məbləğ 2020-ci il yanvarın 1-dən ödəniləcək. İkinci uşağın doğuşunda bu məbləğ 150 min rubl (4 154,27 AZN) artırılacaq - bu təxminən 616 min rubl (17 060,2 AZN) təşkil edir. Bütün bunlar ölkədəki demoqrafik problemlərin həlli üçün nəzərdə tutulur.
Putin əlavə edib ki, yaxın gələcəkdə Rusiyadakı bütün ibtidai sinif şagirdləri pulsuz isti yeməklə təmin olunacaqlar.
Qeyd edək ki, Putin bugünkü açıqlamasında demoqrafik durumun çox ağır olduğunu, doğuş sayının azaldığını bildirmiş və bu vəziyyətin ölkənin qarşısında duran əsas problemlərdən olduğunu vurğulamışdı.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}