Azərbaycanda psixi xəstələrin sayı artıb - STATİSTİKA
Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan psixi xəstələrin sayı açıqlanıb.
Şəffaflıq.az Trend-ə istinadən məlumat verir ki, 2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan psixi xəstələrin sayı 102 560 olub.
Bu say 2017-ci ildə 100 806, 2015-cı ildə 96 079, 2010-cu ildə 129 515, 2005-ci ildə 114 193 nəfər olub.
2018-ci ildə ölkədə 3 974 nəfərə ilk dәfә psixi xəstəlik diaqnozu qoyulub ki, bu say da 2005-ci ildə daha çox - 5 621 olub.
2005-ci ildə əhalinin hәr 100 000 nәfәrindən 67,1-nə ilk dəfə psixi xəstəlik diaqnozu qoyulduğu halda, 2018-ci ildə bu say 40,5 olub.
Xəbəri paylaş
Facebook-da paylaş