2020-ci ildə dünya maliyyə bazarlarında nə gözlənilir?

 Dünya iqtisadiyyatına yön verilməsində ən az tələb və təklif qədər mühüm rol oynayan faktorlardan biri də maliyyə bazarlarıdır. Nəinki iqtisadiyyatın həcmi, hətta məhsul və xidmətlərin qiymətləri də birbaşa maliyyə bazarlarının ciddi təsiri altındadır. Artıq 2020-ci ilə daxil olmağımıza çox az vaxt qalıb. Bu il mühüm hadisələrin baş verməsi gözlənilir.
 
Bəs ümumilikdə 2020-ci ildə dünya maliyyə bazarlarında nə gözlənilir?
 
Maliyyə sahəsi üzrə elmlər doktoru Gəray Musayev Bakupost.az-a saytına açıqlamasında bildirib ki, cari il ərzində dünya iqtisadiyyatında üç əsas mövzu gündəmdə olub:
 
“Bunlardan birincisi ABŞ ilə Çin arasında ticarətdə gərginlik, ikincisi başda ABŞ mərkəzi bankı olmaqla dünya iqtisadiyyatında aparıcı ölkə mərkəzi banklarının uçot faiz dərəcələrini azaltması və üçüncüsü Avropa Birliyi ilə İngiltərə arasındakı Breksit prosesidir.
ABŞ ilə Çin arasında ticarətdə gərginlik dünya iqtisadiyyatında artıma mənfi təsir göstərməsi səbəbindən və iqtisadi aktivliyin qorunması baxımından,xüsusən cari ilin ikinci yarısında mərkəzi bankların uçot faiz dərəcələrində endirim etməsi, maliyyə bazarlarının likvid pulla zənginləşməsinə səbəb oldu.

Breksit prosesinin AB iqtisaidyyatına mənfi təsirinin azaldılması məqsədilə aparılan genişlədici fiskal və monitor siyasət də eyni nəticəyə ünvanlanmışdı”.
  Gəray Musayev 2020-ci ildə də qeyd olunan üç mövzunun öz aktuallığını qoruyacağını vurğulayıb:
“ABŞ-da keçiriləcək prezident seçkiləri də prosesə hərəkətlilik verəcək.ABŞ ilə Çin arasında ticarət münasibətlərində cari ilin ikinci yarısından başlayan “razılaşma” meyilliliyinin artması, mərkəzi bankların “yumşaq” monitar siyasətə davam edəcəyi, Breksit prosesində İngiltərənin AB-dən “razılaşma əsasında” və mərhələli qaydada ayrılacağı nəzərə alınarsa, bu ssenarinin baş tutması funt sterlinq və avroya dəstək olacaq.
 
AB ölkələri tərəfindən iqtisadi artımı dəstəkləməsi baxımından genişlədici fiskal siyasətə davam edilməsi isə AB iqtisadiyyatına hərəkətlilik gətirə bilər.
 
Dünya iqtisadiyyatında aşağı uçot faiz dərəcəsi şəraitində iqtisadi artımın dəstəklənməsi ssenarisi maliyyə bazarlarında risk arzularını da artırır.Bu baxımdan, qlobal maliyyə bazarlarında aktivlərin qiymətlərinin artacağı bir dönəmin olacağını qeyd etmək mümkündür”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}