Şamaxı ağ örpəyə büründü - FOTO

 Şamaxı rayonunun mərkəzinə 10, dağlıq ərazilərə isə 20-25 sm qar yağıb.
ŞƏFFAFLIQ.Az-ın məlumatına görə, dünən axşamdan başlayan qar gün boyu davam edib.
Ən çox qar rayonun Qızmeydan, Talışnuru, Ərçiman, Pirbəhli, Sis və Dəmirçi kəndlərinə düşüb. Həmişəki kimi, qara sevinənlər isə uşaqlar olub.
Kənd sakinləri bildiriblər ki, günlərdir gözlənilən qar əkin sahələrinə müsbət təsir edəcək.
Səhər saat 05:00-dan etibarən Şamaxı-Pirqulu avtomobil yolunda qardan təmizlənmə işlərinə start verilib. Texnikalar vasitəsilə yoldan qar təmizlənib. Yola qum-duz qarışığı tökülüb.


















 Rəşad Aydın, Hüseyn Qasımov
Oxu.Az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}