Nikol Paşinyan: Lukaşenko prezident olduğu müddətdə Belarusa səfər etməyəcəyəm
Bundan sonra Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək. Şəffaflıq.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. “Mən bəyan edirəm ki, Aleksandr Lukaşenko prezident olduğu müddətdə bir daha Belarusa gəlməyəcəyəm”, - o vurğulayıb. N.Paşinyan hesab edir ki, Lukaşenko Ermənistandan üzr istəsə və ya Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edərsə, İrəvanın KTMT-yə münasibəti dəyişə bilər
Xəbəri paylaş
Facebook-da paylaş