Yeni Günəşli qəsəbəsində evlərin birindən 2 000 ABŞ dolları oğurlanıb


Martın 22-də paytaxtın Yeni Günəşli qəsəbəsində evlərin birindən 2 000 ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Hüseyn Sultanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

 Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}