Sumqayıtda binanın zirzəmisindən çürümüş meyit tapılıb
Sumqayıtda binanın zirzəmisindən çürümüş kişi meyiti tapılıb. Şəffaflıq.az-ın yerli bürosu məlumat verir ki, hadisə 11-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, ərazidə yerləşən binalardan birinin zirzəmisindən təxminən 45-50 yaşlarında kişi meyiti aşkarlanıb. Meyitdə çürümə prosesinin başladığı müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş