Əsas Səhifə > Hadisə > Sumqayıtda binanın zirzəmisindən çürümüş meyit tapılıb
Sumqayıtda binanın zirzəmisindən çürümüş meyit tapılıb16-02-2024, 15:45 |
Sumqayıtda binanın zirzəmisindən çürümüş kişi meyiti tapılıb. Şəffaflıq.az-ın yerli bürosu məlumat verir ki, hadisə 11-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, ərazidə yerləşən binalardan birinin zirzəmisindən təxminən 45-50 yaşlarında kişi meyiti aşkarlanıb. Meyitdə çürümə prosesinin başladığı müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. Geri qayıt |