İradə Tuncay “şuluq” dediyi Aqil Abbası necə ram edir? - VİDEO
“Kişilər daha gözəldirlər. Qadın geyinib-keçinir, bəzənir. Kişinin isə təkcə kostyum geyinməsi kifayətdir”. Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində yazıçı, publisist İradə Tuncay deyib. O, məktəbdə kişi müəllimlərin sayının azlığından gileylənib. “Oğlan uşaqları bağçada da, məktəbdə də qadınları görürlər. Universitetdə də müəllimlərin əksəriyyəti qadınlardır”, - deyə yazıçı qeyd edib. İ.Tuncay həyat yoldaşı deputat Aqil Abbasın “şuluqluq” adlandırdığı hərəkətlərinə göz yummasından da danışıb: “Biz evlənəndə o, çox hərəkətli, şirindil, yaraşıqlı oğlan idi. İnsanlar əlində nəsə görəndə onu səndən almaq istəyirlər. Fikirləşirsən ki, mən bunu sənə niyə verməliyəm ki?!” Ətraflı verilişi təqdim edirik:Şəffaflıq.az
Facebook-da paylaş