“Kişilər daha gözəldirlər. Qadın geyinib-keçinir, bəzənir. Kişinin isə təkcə kostyum geyinməsi kifayətdir”.
Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində yazıçı, publisist İradə Tuncay deyib.
O, məktəbdə kişi müəllimlərin sayının azlığından gileylənib.
“Oğlan uşaqları bağçada da, məktəbdə də qadınları görürlər. Universitetdə də müəllimlərin əksəriyyəti qadınlardır”, - deyə yazıçı qeyd edib.
İ.Tuncay həyat yoldaşı deputat Aqil Abbasın “şuluqluq” adlandırdığı hərəkətlərinə göz yummasından da danışıb:
“Biz evlənəndə o, çox hərəkətli, şirindil, yaraşıqlı oğlan idi. İnsanlar əlində nəsə görəndə onu səndən almaq istəyirlər. Fikirləşirsən ki, mən bunu sənə niyə verməliyəm ki?!”
Ətraflı verilişi təqdim edirik: