Əli Hüseynli: “Media haqqında” qanun layihəsi mükəmməl hazırlanıb”
“Media haqqında” qanun layihəsi qanunvericilik baxımdan mükəmməl hazırlanan sənəddir”.
Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
O bildirib ki, hamı media ilə təmasdadır: “Yeni layihə ilə bağlı işçi qrupları çərçivəsində bir çox görüşlər və müzakirələrin keçirilməsi nəzərdə tutulub. Əsəs hədəf odur ki, yeni qanun layihəsi qanunvericilik və hüquqi baxımdan mükəmməl, eləcə də cəmiyyəti qanedəcək səviyyədə olsun”.
Xəbəri paylaş
Facebook-da paylaş