Əhməd İsmayılov: “Media haqqında” qanun layihəsi ictimaiyyətə açıqlanacaq
Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, işlər bitdikdən sonra layihə ictimaiyyətə açıqlanacaq və aidiyyəti üzrə təqdim olunacaq.
Ə.İsmayılov Azərbaycanla digər ölkələr arasında beynəlxalq media platformalarının yaradılmasının əhəmiyyətindən də danışıb: “Artıq Azərbaycan və Türkiyə arasında belə platformanın icrası tərəfimizdən təmin edilməkdədir. Belə media platformalarının sayının artırılması gələcəkdə Azərbaycan mediasının güclənməsi və Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılmasına köməklik göstərəcək”.
Facebook-da paylaş