Əsas Səhifə > SOSİAL MÜDAFİƏ / Cəmiyyət > Əhməd İsmayılov: “Media haqqında” qanun layihəsi ictimaiyyətə açıqlanacaq

Əhməd İsmayılov: “Media haqqında” qanun layihəsi ictimaiyyətə açıqlanacaq


22-07-2021, 21:32
 “Media haqqında” qanun layihəsinin mətni artıq yekunlaşmaq üzrədir”.
Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, işlər bitdikdən sonra layihə ictimaiyyətə açıqlanacaq və aidiyyəti üzrə təqdim olunacaq.
Ə.İsmayılov Azərbaycanla digər ölkələr arasında beynəlxalq media platformalarının yaradılmasının əhəmiyyətindən də danışıb: “Artıq Azərbaycan və Türkiyə arasında belə platformanın icrası tərəfimizdən təmin edilməkdədir. Belə media platformalarının sayının artırılması gələcəkdə Azərbaycan mediasının güclənməsi və Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılmasına köməklik göstərəcək”. 

Geri qayıt