Azərbaycan və Türkiyə hərbçiləri Pirəkəşküldən Acıdərəyə yürüş edib
Şəffaflıq.az-ın məlumatına görə, hərbi qulluqçular orkestrin müşayiəti ilə Qobustan rayonunun Acıdərə məzarlığına yürüş ediblər. Yürüşdə 100 hərbçi iştirak edib. Belə ki, Acıdərə məzarlığında naməlum türk əsgərinin abidəsi üzərinə su səpilib, şəhidlərin ruhuna dualar oxunub. Tədbirdə ictimaiyyət nümayəndələri, rəsmi şəxslər də iştirak ediblər. Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Sonda Acıdərə məzarlığı ziyarət ediləcək, naməlum türk əsgərinin abidəsi üzərinə su səpiləcək, şəhidlərin ruhuna dualar oxunacaq. Tədbirdə ictimaiyyət nümayəndələri, rəsmi şəxslər də iştirak edirlər.
Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsindən başlayan hərbi yürüş başa çatıb.
Facebook-da paylaş