48 mindən çox müəllim imtahanda iştirak edəcək

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak hüququ qazanan namizədlərin yekun sayı açıqlanıb.

Şəffaflıq.az xəbər verir ki, 48204 namizəd iştirak hüququ qazanıb. Həmin namizədlərin şəxsi səhifələrinə test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat göndərilib.

Test imtahanlarının iyulun 8-dən 24-dək Azərbaycan Texniki Universitetinin İdman zalında (ünvan: Elmlər Akademiyası metro stansiyasının yaxınlığı, Ayna Sultanova küçəsi 5) keçirilməsi nəzərdə tutulub.

İmtahana gələn namizədlərdən özləri ilə yalnız şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 54 687 namizəd elektron qeydiyyatdan keçib. Onlardan 52 638 namizəd elektron ərizəsini təsdiqləyib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}