Müəllimlərə şad xəbər: MAAŞLAR ARTDI
Prezident İlham Əliyev təhsil müəssisələrində çalışan bir sıra şəxslərin maaşlarının artırılması ilə bağlı sərəncamlar imzalayıb.
Şəffaflıq.az Xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılır.
Maaşları artırılanlar arasında dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilər də var.
Müvafiq sərəncama əsasən, onların aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılacaq.
Facebook-da paylaş