Kimlərə yenidən imtahan vermək üçün imkan yaradılacaq?
“Aprel ayında buraxılış imtahanlarında təxminən 200-250 adam üzrlü səbəblə iştirak etməyib”.
Şəffaflıq.az-ın məlumatına görə, bunu mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, həmin şagirdlərə yenidən imtahan vermək üçün imkan yaradılacaq:
“Bunun üçün qeydiyyata ehtiyac olmayacaq. Təhsil aldıqları məktəblərdən onlara bu barədə məlumat veriləcək”.
Xəbəri paylaş
Facebook-da paylaş