Əsas Səhifə > RƏSMİ XƏBƏR > Kimlərə yenidən imtahan vermək üçün imkan yaradılacaq?
Kimlərə yenidən imtahan vermək üçün imkan yaradılacaq?26-05-2021, 12:19 |
“Aprel ayında buraxılış imtahanlarında təxminən 200-250 adam üzrlü səbəblə iştirak etməyib”. Şəffaflıq.az-ın məlumatına görə, bunu mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, həmin şagirdlərə yenidən imtahan vermək üçün imkan yaradılacaq: “Bunun üçün qeydiyyata ehtiyac olmayacaq. Təhsil aldıqları məktəblərdən onlara bu barədə məlumat veriləcək”. Geri qayıt |