İlham Əliyevdən MÜHÜM SƏRƏNCAM
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, sərəncam “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin peyk vasitəsilə məsafədən müşahidə xidmətlərinin ölkədə inkişaf etdirilməsi, peyk müşahidəsi vasitəsilə əldə olunan təsvirlərin və əlaqəli informasiya məhsullarının dövriyyəsinin artırılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında dövlət idarəetməsi üçün mütərəqqi imkanlardan aktiv istifadənin təşviq edilməsi, peyk təsvirlərindən faydalanmaqla müxtəlif sahələrdə yeni gərəkli xidmətlər göstərilməsinə şərait yaradılması və yüksək ayırdetməli Yerin optik müşahidə peyki “Azersky”ın resurslarından istifadənin genişləndirilməsi məqsədi daşıyır.
Sərəncamla “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, həmin Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Facebook-da paylaş