Azərbaycanda son 2 gündə 7 nəfər bu səbəbdən öldü

İstirahət günlərində Azərbaycanın avtomobil yollarında baş vermiş qəzalar səbəbindən 7 nəfər həyatını itirib.
Şəffaflıq.az xəbər verir ki, şənbə günü Respublika yollarında 7 ağır avtomobil qəzası baş verib. Nəticədə 5 nəfər ölüb, daha 9 nəfər isə xəsarət alıb. Belə ki, İsmayıllıda minik avtomobilinin aşması 3 nəfərin həyatını itirməsinə, daha 1 nəfərin isə yaralanmasına səbəb olub. Nərimanov və Zaqatala rayonlarında da yol qəzaları insan itkisinə səbəb olub.
Bazar günü isə ölkə yollarında 8 avtomobil qəzası baş verib. Nəticədə 2 nəfər dünyasını dəyişib, daha 11 nəfər isə xəstəxanaya yerləşdirilib.
Hər bir faktla bağlı araşdırma aparılır.Publika.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}